Məzmuna keç
Mobil tətbiqVeb saytERP sistemləriUI/UX & BrendinqSMMHədəfli reklamVideo production
WhatsApp-da yaz
  1. Ana səhifə
  2. Xidmətlər
  3. UI/UX & Brendinq

Brendin hər yerdə eyni səslə danışsın.

Loqo, rəng, şrift, qablaşdırma və interfeys. Badamlı, Sirab, Buzz Tea və ENNA kimi brendlərlə işlədiyimiz yanaşma ilə brendini sıfırdan qururuq və ya yeniləyirik.

Loqo və brendbukQablaşdırmaUI/UX və dizayn sistemi

Tanış gəlir?

  • 01

    Loqo var, brend yoxdur

    Hər post, hər banner başqa rəngdə və başqa şriftdədir.

  • 02

    Qablaşdırma rəfdə itir

    Alıcı rəfə bir neçə saniyə baxır. Sənin qutun o anda görünmürsə, satış başqasınındır.

  • 03

    İnterfeys çaşdırır

    İstifadəçi düyməni tapmır, səbət yarımçıq qalır.

  • 04

    Hər dizayner yenidən başlayır

    Brendbuk olmadığı üçün hər yeni iş əvvəlkinə bənzəmir.

Nə alırsan

Loqo və işarə

Konsepsiya, konstruksiya və bütün ölçülərdə oxunan işarə.

Brendbuk

Rəng, şrift, kompozisiya və istifadə qaydaları. Hər dizayner eyni dili danışır.

Qablaşdırma

Rəfdə seçilən qutu, etiket və seriya dizaynları, çapa hazır fayllarla.

Sosial media şablonları

Post, karusel və stories şablonları. Komanda özü də istifadə edə bilir.

UI/UX dizayn

Sayt və tətbiq ekranları, istifadəçi yolu və Figma-da dizayn sistemi.

Motion loqo

Video və Reels üçün loqo animasiyası, səs dizaynı ilə.

Necə işləyirik

  1. Araşdırma

    Bazar, rəqiblər və auditoriya. Brendin nə deməli olduğunu yazırıq.

    Brief
  2. Konsepsiya

    Bir neçə fərqli istiqamət təqdim edirik, birini birlikdə seçirik.

    Konsepsiyalar
  3. İnkişaf

    Seçilmiş istiqaməti loqodan qablaşdırmaya və interfeysə qədər açırıq.

    Dizayn sistemi
  4. Təhvil

    Bütün fayllar, brendbuk və şablonlar.

    SVG · PDF · PNG
LoqoBrendbukQablaşdırmaFigmaDizayn sistemiMotion loqoÇap faylları

Bu sahədə işlərimiz

Buzz Tea
Qablaşdırma

Çay brendi üçün qablaşdırma, Novruz seriyası daxil.

Badamlı
BrendinqSMM motion

Mineral su brendi üçün dizayn və sosial media motion.

Suallar

Neçə loqo variantı görəcəyəm?

Bir neçə fərqli konsepsiya təqdim edirik. Seçdiyini birlikdə inkişaf etdiririk.

Fayllar hansı formatda verilir?

SVG, PDF, PNG və çap üçün CMYK versiyalar. Üstəlik istifadə qaydaları olan brendbuk.

Mövcud brendimi yeniləyə bilərsiniz?

Bəli. Tanınan elementləri saxlayıb brendi müasirləşdiririk ki, müştəri səni itirməsin.

UI dizaynı developerə necə verilir?

Figma-da komponentlər və dizayn sistemi ilə. Kodu da biz yazırıqsa, dizayn birbaşa koda keçir.